10 Oktyabr 2021 10:27
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Norveçin payataxtı Osloda keçirilən dünya çempionatda bürünc medal qazanıb.

Teleqraf.com xəbər verir ki, güləşçimiz Maksim Kajarskini (Belarus) məğlub edərək dünya üçüncüsü olub.

İlk mərhələdə Məmmədov Macarıstandan olan həmkarını üstələyib. Həmyerlimiz daha sonra qazaxıstanlı rəqibi üzərində inamlı qələbə qazanıb. M.Məmmədov dörddəbir finalda Yaponiya güləşçisinə "tuşe" ilə qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında təmsilçimiz qırğız güləşçiyə uduzub və bürünc medal uğrunda mübarizədə Belarus təmsilçisindən üstün olub.


Müəllif: Teleqraf.com