1 May 2022 00:38
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Türkiyə Super Liqasının 35-ci turu çərçivəsində "Trabzonspor" və "Antalyaspor" komandaları qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qollarını Andres Kornelius (3), Dorukhan Toköz (62), “Antalyaspor” klubunun qollarını isə Alassan Ndao (51) və Haci Rayt (80) vurublar.

Bununla da “Trabzonspor” klubu lazım olan bir xalı təmin edərək Türkiyə çempionluğunu qazana bilib.


Müəllif: Teleqraf.com