11 May 2022 17:11
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" klubu baş məşqçisi Qurban Qurbanovun müqavilə müddətini uzadıb.

Teleqraf.com "köhlən atlar"ın rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Qurbanov bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. "Köhlən atlar" ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.


Müəllif: Teleqraf.com