22 İyun 2022 20:29
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

Teleqraf.com xəbər verir ki, o, Bosniya və Herseqovinada "Bortats" və Farer adalarının "B-36 Torşavn" komandaları arasında Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununun baş hakimi olacaq.

Cabbarova yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 7-də keçiriləcək.


Müəllif: Teleqraf.com