AFFA Azərbaycan çempionatlarında legioner rüsumları ilə bağlı qaydaları dəyişib.
Teleqraf.com xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin iclasında bu barədə qəbul olunub.
Yeni qaydalara əsasən, 2023/2024 mövsümünün startına qədər 21 yaşı tamam olmamış, ölkəsinin milli komandasının üzvü olan legioner üçün rüsum tələb olunmayacaq. Milli komandasının heyətində, FIFA təqvimində olan rəsmi yoldaşlıq oyunları da daxil olmaqla, son 12 ayda oynamış (meydançaya çıxmış) legionerlər üçün də eyni qayda qüvvədə olacaq.
Digər legionerlər üçün rüsum belə olacaq:
Klubun mövsüm ərzində cəlb etdiyi ilk 7 legioner üçün – 5 000 (beş min) manat
Klubun mövsüm ərzində cəlb etdiyi 8-12 legioner üçün – 10 000 (on min) manat
Klubun mövsüm ərzində cəlb etdiyi 13 və daha çox sayda legionerlər üçün – 50 000 (əlli min) manat
Bir futbolçu mövsüm ərzində 2-ci klubda sifariş olunacaqsa, rüsum tələb edilməyəcək.
I Divizion klubları üçün legioner rüsumu saydan asılı olmayaraq 5 min manat müəyyən olunub.