8 Oktyabr 2023 21:31
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, "Neftçi Arena"dakı "Neftçi" - "Qarabağ" qarşılaşması Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0.

İlk qolu 46-cı dəqiqədə Olavio Juninyo, 88-ci dəqiqədə Redon Cica fərqlənib.

***

Azərbaycan Premyer Liqasının IX turunun "Neftçi" - "Qarabağ" oyununda hesab açıldı.

Teleqraf.com xəbər verir ki, 46-cı dəqiqədə Juninyonun vurduğu qolla “Qarabağ” oyunda hesabı açdı.

***

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ"ın start heyətləri bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu gün saat 19:30-da başlayacaq görüşdə komandalar bu heyətlə meydana çıxacaqlar.

“Neftçi”: 1. İvan Brkiç 8. Emin Mahmudov (k) 2. Qara Qarayev 3. Höccət Haqverdi 7. Azər Əliyev 4. Mark Tamaş 5. Kenni Sayef 23. Ataa Caber 44. Yuri Matias 11. Kilan Lebon 77. Yeqor Boqomolski

“Qarabağ”: 99. Andrey Lunyov 5. Maksim Medvedev (k) 4. Rahil Məmmədov 27. Toral Bayramov 90. Nəriman Axundzadə 66. Patrik Andrade 17. Hamidu Keyta 18. Olavio Juninyo 2. Mateus Silva 6. Julio Romao 15. Leandro Andrade


Müəllif: Teleqraf.com