2 Dekabr 2023 22:53
2 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə 2024-cü Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Teleqraf.com xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə AVRO-2024-dəki altı qrupun tərkibi müəyyənləşib.

Türkiyə millisi Portuqaliya, Çexiya və Millətlər Liqasının C yolunda pley-of oyunlarının qalibi olacaq yığma ilə birlikdə F qrupuna düşüb.

Püşkatmada 21 ölkənin millisi iştirak edib. Digər üç komanda isə UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq.

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: A yolunda pley-off qalibi, Niderland, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, B yolunda pley-off qalibi

F qrupu: Türkiyə, C yolunda pley-off qalibi, Portuqaliya, Çexiya

Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyanın on şəhərində təşkil olunacaq. Açılış matçı A qrupunda ev sahibləri ilə Şotlandiya yığması arasında keçiriləcək.


Müəllif: Teleqraf.com