“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 50-ci qolu vuraraq yeni rekorda imza atıb.
Teleqraf.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XX turun “Kəpəz”lə səfər matçına (2:1) təsadüf edib.
Ağdam klubunun yubiley qolunun müəllifi Toral Bayramov olub. “Qarabağ” ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub. Bu, yarışın yeni rekordudur.