25 Fevral 19:07
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının xüsusi təsis edilmiş mükafatı - AGF Trophy-nin təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, mükafat çıxışlarına görə ən yüksək bal toplayan gimnastlara verilir.

Batut gimnastikası üzrə fərdi proqramda AGF Trophy mükafatı Çin idmançıları Syuyen Çju və gimnast İvan Litvinoviçə (neytral idmançı) verilib.

Tamblinq proqramında AGF Trophy mükafatı fransalı gimnastlar Kendi Brier-Vetillard və İppolit Erqueyə verilib.

Batut üzərində sinxron tullanma proqramında AGF Trophy mükafatı Ecem Nisa Esen və Livanur Yalçına (Türkiyə), həmçinin Morqan Demiro-o-Domiro və Pyer Quzaya (Fransa) təqdim edilib.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib. Yarışda 32 ölkədən gimnastlar iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər