Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Lider “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
Birinci hissə qolsuz bərabərliklə başa çatıb.
52-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində yer alan Adama Diakabi hesabı açıb.
83-cü dəqiqədə isə Yassin Benzia fərqlənib.
Beləliklə, 2:0 hesablı qələbə qazanan ağ-qaralar xallarının sayını 54-ə çatdırıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”ni (2:1), “Səbail” “Sabah”ı (2:0), “Zirə” “Araz-Naxçıvan”ı (3:0) məğlub edib, “Turan Tovuz”la “Neftçi” (1:1) bərabərə qalıblar.