Türkiyəli futbolçu Kənan Yıldız “Yuventus”la yeni müqavilə imzalayacaq.
Teleqraf.com xəbər verir ki, tərəflər yeni razılaşmanın ilə bağlı ortaq məxrəcə gəliblər.
Müqavilənin şərtlərinə görə, Kənan 2028-ci ilin yayına kimi Turin klubuna məxsus olacaq. Razılaşma türkiyəli hücumçunun əməkdaşlıq etdiyi “Leaderbrocks” agentliyi vasitəsilə əldə edilib. Digər məlumatda Yıldızın imza mərasimindən sonra fikir ayrılığına görə, agentlikdə yollarını ayıracağı bildirilib.
Qeyd edək ki, 18 yaşlı futbolçu bu mövsümdə “Yuventus”un heyətində 25 oyunda meydana çıxıb və 3 qol vurub.