Dünya klublarının qlobal reytinqi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, siyahıda planetin 1000 ən yaxşı komandası yer alıb.
Cədvələ Azərbaycanın 4 klubu daxil edilib. Premyer Liqanın çempionu “Qarabağ” dünyanın 172-cisidir. Qurban Qurbanovun yetirmələrinin əmsalı 0,671-dir. Ağdam klubu 8 pillə irəliləyib.
“Zirə” 0,121 xalla 364-cü yerdədir. Rəşad Sadıqovun yetirmələrinin irəliləyişi 20 pillə təşkil edib.
“Neftçi” 376 addımlıq sıçrayışa nail olub. Bakılılar 0,108 xalla dünyada 409-cudur.
“Sabah” 49 pillə geriləyib. Əmsalı 0,043 olan paytaxt təmsilçisi 723-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 2,020 xala malik “Mançester Siti” başçılıq edir.