18 Aprel 23:42
267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Gimnastika Federasiyasında bildiriblər.

Xatırladaq ki, ötən gün idman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının üzvü Nikita Simonov halqalarla hərəkətlərdə, Nazənin Teymurova isə dayaqlı tullanmada Dünya Kubokunun finalına yüksəlib.

Qeyd edək ki, aprelin 17-dən 20-dək Qətərin paytaxtı Dohada kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir.


Müəllif: Teleqraf.com