19 Aprel 01:35
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konfrans Liqasında yarımfinala vəsiqə qazanan ilk komandanın adı məlum olub.

Teleqraf.com xəbər verir ki, , İtaliya "Fiorentina"sı Çexiyada keçirilən ilk görüşdə qolsuz heç-heçə etdiyi "Viktoriya Plzen"i doğma meydanda qəbul edib. Bu qarşılaşmanın da əsas vaxtında qapılara qol vurulmadığı üçün əlavə 30 dəqiqə oynanılıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Florensiya təmsilçisi adını 1/2 finala yazdırıb.

Konfrans Liqasında yarımfinala vəsiqə qazanan ikinci komanda "Aston Villa" klubu oldu. İngiltərə təmsilçisi ilk görüşdə 2:1 hesabı ilə qalib gəldiyi "Lill"lə bu dəfə Fransada qarşılaşıb. Premyer Liqa klubu rəqibinə eyni hesabla uduzduğu üçün əlavə vaxt oynanılıb. 30 dəqiqədə də qapılara top vurulmadığına görə penaltilər seriyası baş tutub. Burada daha dəqiq olan qonaqlar yarımfinala vəsiqə qazanıblar - 4:3.


Müəllif: Teleqraf.com