15 İyun 00:55
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatında start verilib.

Teleqraf.com xəbər verir ki, turnirdə 24 komanda iştirak edir. İştirakçılar hər birində 4 komanda olmaqla 6 qrupa bölünüblər. Qrupda birinci-ikinci yeri tutan 12 komanda, eləcə də ən yaxşı nəticə göstərən ücüncü yeri tutacaq 4 komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Yarış Almaniyanın 10 şəhərində keçirilir.

Avro-2024-ün açılış matçında (A qrupu) ev sahibi Almaniya millisi Şotlandiya ilə üz-üzə gəlib və 5:1 hesabı ilə qalib gəlib.

Bu qrupun digər görüşü - Macarıstan - İsveçrə matçı iyunun 15-də keçiriləcək.

Avro-2024, açılış oyunu

23:00. Almaniya - Şotlandiya - 5:1

Qollar: Virtz, 10 (1:0), Musiala, 19 (2:0), Havertz, 45+1-pen (3:0), Füllkruq, 68(4:0), Rüdiqer, 87-avtoqol (4:1), Emre Can, 90+3 (5:1)
Qırmızı vərəqə: Porteous, 44 (Şotlandiya)

Baş hakim: Kleman Türpen (Fransa)

"Allianz Arena"

***

Avro-2024-ün ilk qolu vurulub.

Teleqraf.com xəbər verir ki, yarışın açılış matçı - Almaniya - Şotlandiya görüşünün 10-cu dəqiqəsində hesab açılıb.

Qolun müəllifi meydan sahiblərinin futbolçusu, "Bayer"li Florian Virtz olub.

****

Oyunun 19-cu dəqiqəsində ikinci qolu Camal Musiala Şotlandların qapısından keçirib.

****

Oyunun 44-cü dəqiqəsində Şotlandiya millisinin oyunçusu Rayan Portes qırmızı vərəqə aldı.O cərimə meydançası içində İlkay Gündoğana qarşı kobud oynayıb. Oyunun hakimi şotlandların qapısına penalti təyin edib. Almanya millisinin oyunçusu Key Havertz topu qapıya göndərib.

****

Oyunun ikinci hissəsi başlayıb.

****

Oyunun 68-ci dəqiqəsində İlkay Gündoğanın ötürməsini Niclas Füllkrug qola çevirib: Hesab: 4-0

****

Oyunun 87-ci dəqiqəsində Almanya millisinin oyunçusu Antonio Rudiger topu öz qapısına vurub. Hesab 4-1-dir.

****

Oyunun sonluğuna 3 dəqiqə əlavə edilib.

****
Oyunun 93-cü dəqiqəsində Almanya millisi 5-ci qolu Şotlandiyanın qapısından keçirib. Qolun müəllifi Emre Can olub.


****
AVRO 2024 turnirinin ilk oyunun böyük hesabla bitib. Ev sahibi Almanya Şotlandiyanı 5-1 məğlub edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər