18 İyun 19:51
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millisinin üzvü Arda Güler Avro-2024-də bu gün Gürcüstanla keçirəcəkləri oyunla bağlı danışıb.

Teleqraf.com xəbər verir ki, "Real"ın gənc yarımmüdafiəçisi oyunun çətin keçəcəyini, ancaq türk xalqını sevidnirmək istədiklərini bildirib:

“Ümid edirəm ki, Avropa çempionatı mən və komandam üçün uğurlu olar. Milli komandanın formasını geyinmək çox şey deməkdir. Qürurlu və xoşbəxtəm. Uzun illər yığmada oynamaq istəyirəm.

Gürcüstanla oyun çətin olacaq. Türk xalqını sevindirmək istəyirik. Azarkeşlərə mesajım var; bizə inanın! Sizin üçün hər şeyimizi verəcəyik”.

Xatırladaq ki, bu gün keçiriləcək Türkiyə – Gürcüstan oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər