19 İyun 00:26
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya görüşündə "qırmızılar" qalib gəlib.

Teleqraf.com xəbər verir ki, çexiyalı futbolçu Robin Hranak 69-cu dəqiqədə avtoqol müəllifi olub.

Çexiya millisinin heyətində 62-ci dəqiqədə Lukaş Provod fərqlənib.

Konsesao görüşün 92-ci dəqiqəsində Portuqaliyanı hesabda önə çıxardı: 2-1.

Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb

***

Bu gün Avro-2024-də 1-ci tura yekun vurulur.

Teleqraf.com xəbər verir ki, bu günə nəzərdə tutulan sonuncu görüş start götürür.

Portuqaliya millisi Çexiya seçməsi ilə üz-üzə gəlir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər