19 İyun 01:28
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səbail" klubunun təcrübəli futbolçusu Ağabala Ramazanov karyerasını bitirmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, futbolçu bu barədə şəxsi "İnstagram" hesabında məlumat yayıb.

A.Ramazanov paylaşımında milli komanda və "Səbail" klubunda çıxış etdiyi müddət ərzində ona dəstək olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Ağabala Ramazanov mövsümün əvvəllərində aldığı ciddi xəsarətə görə uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.


Müəllif: Teleqraf.com