Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın rəqibi bəlli olub.
Teleqraf.com xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçimiz “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.
"Qarabağ"ın ilk oyunu iyulun 23-24-də, cavab matçı isə iyulun 30-31-də olacaq.