20 İyun 15:06
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa millisinin futbolçusu Kilian Mbappenin AÇ 2024-də Avsriya ilə oyun zamanı burnu qırıldığı üçün ona xüsusi maska hazırlanır.

Teleqraf.com “AS” nəşrinə istinadən xəbər verir ki, 24 saat ərzində hazırlanacaq maskanın qiyməti 1200 avrodur.

Belə ki, bu maska NASA-nın da raket istehsalında istifadə etdiyi aviasiya sənayesinə xas karbon lifli materiallardan olacaq.

Xatırladaq ki, Mbappe Avstriya ilə oyun zamanı rəqib komandanın futbolçusu ilə toqquşaraq burnunu sındırmışdı. Matç fransızların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər