Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşü başa çatıb.
Teleqraf.com xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar qələbə qazanıb - 2:1.
Matçda hesabı 17-ci dəqiqədə slovakiyalıların heyətində İvan Şrants açıb. 54-cü dəqiqədə "status kvo" bərpa olunub. Nikolay Şaparenko adını tabloya yazdırıb. Ukrayna yığmasına qələbə qazandıran qola isə 80-ci dəqiqədə Roman Yaremçuk imza atıb.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab dəyişib.
Teleqraf.com xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar hesabda önə çıxıb - 2:1.
Roman Yaremçuk 80-ci dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab bərabərləşib.
Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar "status-kvo"nu bərpa ediblər - 1:1.
Nikolay Şaparenko 54-cü dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab açılıb.
Teleqraf.com xəbər verir ki, slovakiyalılar hesabda irəli çıxıb.
17-ci dəqiqədə İvan Şranç fərqlənib.
Qarşılaşma davam edir.
***
17:01
Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti görüşləri çərçivəsində Slovakiya və Ukrayna yığmaları üz-üzə gəlir.
Teleqraf.com xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayıb.