25 İyun 20:04
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.

Teleqraf.com xəbər verir ki, D qrupunda Niderland - Avstriya və Fransa - Polşa matçları Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Qarşılaşmaları müvafiq olaraq slovakiyalı İvan Krujlyak və italiyalı Marko Quida idarə edirlər.

Qeyd edək ki, hazırda Niderland və Fransa yığmalarının dörd, Avstriyanın isə 3 xalı var. Polşanın xalı yoxdur. AVRO-2024 iyulun 14-də başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər