28 Yanvar 09:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Osimhen onu təcavüzdə ittiham edən "Posta" nəşrinin müxbiri Tolqa Bozdumanı məhkəməyə verməyə hazır olduğunu bildirib.

Teleqraf.com "Goal.com" saytına istinadən xəbər verir ki, bu barədə nigeriyalı hücumçunun özü açıqlama verib.

“Onu vurmamışam, sadəcə yanına getdim və şəkli silməli olduğunu söylədim. Bu, mənim fotomdur və ona bunu silməsini deməyə tam haqqım çatır. Bu cür hadisələrdə təcrübəm var. Bilirdim ki, yalan danışacaqlar, və yenə də yalan danışacaqlar. Təbii ki, bu vəziyyəti həll etmək asan olmayacaq. Çox danışmağıma ehtiyac yoxdur, amma lazım olan addımları atacağam. O yalan danışsa, qanun qarşısında cavab verəcək”, – deyə Osimhen bildirib.

Qeyd edək ki, jurnalist Tolqa Bozduman Viktor Osimhenin dostları ilə gecə klubundan çıxarkən şəklini çəkdiyi üçün futbolçu tərəfindən başına zərbə vurulduğunu bildirib.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər