Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun bütün oyunları eyni vaxtda keçirilib.
Teleqraf.com xəbər verir ki, mərhələnin 18 oyununda komandalar ümumilikdə 64 dəfə fərqləniblər. Bu, XXI əsrdə ən yüksək, turnir tarixində isə ikinci göstəricidir.
Bir oyun gününün rekordu 1970-ci il sentyabrın 16-da qeydə alınıb. 1970/1971 mövsümündə Avropa Çempionlar Kubokunun birinci mərhələsinin 16 oyununda 66 qol vurulub.
Qeyd edək ki, “Liverpul” 21 xal toplayaraq Avropanın əsas klub turnirinin Liqa mərhələsinin qalibi olub. Yarışın pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 31-də keçiriləcək.