Gəncədə intihar hadisəsi baş verib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, 1991-ci il təvəllüdü Gəncə şəhər sakini Elsevər Hümbətov yaşadığı evdə özünü asaraq intihar edib. Hadisə yerinə polis və prokurorluq orqanının əməkdaşları cəlb olunublar.
İlkin ehtimala görə, həmin şəxsin səhhətində bir müddət əvvəl psixi problemlərin yarandığı bildirilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlayıb.