Nuri Şahinin qovulmasından sonra Almaniyanın "Borussiya Dortmund" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Teleqraf.com "DW Sports"a istinadən xəbər verir ki, klubun icraçı direktoru Lars Rikken kollektivə Niko Kovaçın rəhbərlik edəcəyini açıqlayıb.
“Kovaçla prinsipial razılığa gəldik. O, komandaya bazar günü qoşulacaq”, – deyə Rikken bildirib.
Xorvatiyalı mütəxəssis son olaraq, "Volfsburq"un baş məşqçisi olub.
Qeyd edək ki, Nuri Şahin yanvarın 22-də Çempionlar Liqasında İtaliya "Bolonya"sına 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.