09:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Öz meydanımızda oynadığımız üçün böyük həvəslə mübarizə aparmaq və qələbə qazanmaq istəyirik".

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan "Olimpiakos"unun futbolçusu Koştinya "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII tur matçından əvvəl mətbuat konfransında deyib.

25 yaşlı müdafiəçi bildirib ki, oyunların çətinliyindən asılı olmayaraq, komandasının davam etməyə gücü və motivasiyası var: "Buna görə də işimiz rahatlaşır".

Portuqaliyalı cinah oyunçusu "Qarabağ"ın turnirdə mübarizəsini dayandırmasına rəğmən, ehtiyatlı danışıb. Onun fikrincə, Liqa mərhələsində heç bir rəqib asan deyil: "Bütün görüşlər fərqli və çətindir. Pis oynasanız, qalib gələ bilməzsiniz. Buna görə də özümüzü yaxşı tərəfdən göstərməliyik. Rəqib bu qədər uzağa gedibsə, deməli, yaxşı komandadır".

Qeyd edək ki, bu gecə "Georgios Karaiskakis" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər