Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Hakim Ziyeş karyerasını Qətərdə davam etdirməyə yaxındır.
Teleqraf.com "Foot Mercato"ya istinadən xəbər verir ki, mərakeşli cinah yarımmüdafiəçisi "Əl-Duhail" komandasına keçə bilər.
31 yaşlı oyunçunun müqavilə bağlamaq üçün tibbi müayinədən keçməsi qalıb.
Qeyd edək ki, Hakim Ziyeş 2020-ci ilin yayında Niderland "Ayaks"ından İngiltərənin "Çelsi" klubuna 40 milyon avroya keçib. 2023-cü ildən "Qalatasaray"da çıxış edən futbolçunun hazırda transfer qiyməti 5 milyon avrodur. Bu mövsüm Ziyeş "sarı-qırmızı" forma ilə 11 oyunda 1 məhsuldar ötürmə ilə fərqlənib.