“Qarabağ”ın Avropa Liqasının VIII turunda Yunanıstanın "Olimpiakos" komandasına qarşı keçirəcəyi oyun üçün hakim təyinatları açıqlanıb.
Teleqraf.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Radu Petreskuya Radu Ginqulyak və Mirça Mihail Qriqoriu yan xətt hakimləri qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Marsel Birsan yerinə yetirəcək. VAR-da Katalin Popa, AVAR-da Sebastyan Koltesku olacaq.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının VIII turunda, yanvarın 30-da "Olimpiakos"-un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.