Fransanın "Lion" klubunun rəhbərliyi komandanın baş məşqçisi Pyer Sajı istefaya göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
45 yaşlı mütəxəssis "Lion"da 2023-cü ilin noyabrından çalışırdı.
Fransa klubu 5 oyundur qələbə qazana bilmir. Oyunların 2-də məğlubiyyət, 3-də heç-heçə qeydə alınıb. "Ağ-göylər" ölkə kubokunun 1/16 final mərhələsində V divizion təmsilçisi "Burquyin Jalye"yə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, "Lion" hazırda Fransa Liqa 1-in turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Komandanın 19 oyundan 30 xalı var. UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Lion" Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ı 4:1 hesabı ilə üstələyib.