Azərbaycan karateçilərinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirak sual altındadır.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev deyib.
Milli Məclisin deputatı bildirib ki, bu, siyasi məsələdir və müvafiq qərar olmalıdır.
Ağırlıqqaldırma üzrə Avropa çempionatında bayrağımıza qarşı hörmətsizlik və bu gün baş verən bütün siyasi proseslər göstərir ki, bu, siyasi bir qərardır. Ona görə də bizim İrəvandakı Avropa çempionatında iştirak edib-etməməyimiz sual altındadır. Ora idmançı göndərib-göndərməmək təkcə bizdən asılı deyil".
Qeyd edək ki, Avropa çempionatı 7 - 11 mayda keçiriləcək.