İspaniya La Liqasının son turunda “Valensiya” ilə keçirilən səfər oyunu (1:1) “Barselona” üçün əlamətdar olub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, “Barselona” 17 il sonra bir oyunu futbolçu dəyişikliyi olmadan keçirib.
Baş məşqçi Luis Enrike bu görüşdə meydana buraxdığı 11 futbolçudan heç birini əvəzləməyərək uzun müddətdən sonra bir ilki reallaşdırıb.
“Barselona” 17 il sonra bir oyunu futbolçu dəyişikliyi olmadan keçirib.
“Barselona” sonuncu dəfə 1998/1999 mövsümündə “Estremadura” ilə oyunda 90 dəqiqəni meydana çıxdığı “11-lik”lə tamamlayıb. Həmin vaxt Lui van Qalın çalışdırdığı komandanın qolunu məhz indiki baş məşqçi Luis Enrike vurmuşdu.
Rüstəm