Dünya çempionu Tayson Fyurinin titulu əlindən alınıb.
Teleqraf.com xəbər verir ki, IBF versiyası üzrə son dünya çempionu Tayson Fyurin çempionluğa namizəd olan Vyaçeslav Qlazkovla döyüşdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. Qaydalara əsasən britaniyalı super ağırçəkili boksçu Tayson Fyuri IBF üzrə dünya çempionlıuğuna namizəd Vyaçeslav Qlazkovla rinqdə üz-üzə gəlməliydi. Bunun əvəzində isə o, ukraynalı Vladimir Kliçko ilə revanş döyüşü keçirməyi planlaşdırır.
Beynəlxalq Boks Federasiyasının nümayəndəsi Lindsi Taker bildirib ki, qayadalarda revanş görüşünün keçirilməsi göstərilib. Ancaq Fyuri öz titulunu qorumaq üçün Vyaçeslavlada döyüşməlidir. Hazırda boksçunun vəkili apelyasiya məhkəməsinə müraciət etməyə planlaşdırır.
Qeyd edək ki, Tayson Fyuri Düsseldorfda Vladimir Kloçko ilə üz-üzə gəlmişdi. 12 raundun nəticəsinə əsasən Fyuri IBF, IBO, WBO və WBA versiyaları üzrə dünya çempionu olub. Fyuri 25 görüş keçirdib onlardan 18-də nokautla qalib gəlib. O, heç bir döyüşdə məğlub olmayıb.
Rüstəm