İspaniya Futbol Federasiyası "Real"ın baş məşqçisi Zinəddin Zidanın köməkçisi işləyən David Bettoninin lisenziyasını ləğv edib.
Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, bununla da, fransalı mütəxəssisin La Liqada işləməsində problem yaranıb.
Qaydalara görə İspaniya La Liqasında çalışan hər bir mütəxəssis Pro kateqoriyalı lisenziyaya sahib olmalıdır. Lakin Bettoninin Pro kateqoriyası olmadığı üçün onun fəaliyyətinə qadağa qoyulub.
Elə bu səbəbdən də o, "Real"ın son iki görüşündə - "Espanyol" və "Qranada" ilə oyunlarda ehtiyat oyunçular skamyasında yer almayıb.