17 Fevral 2016 18:38
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyada taekvondo üzrə keçirilən “Turkish open” beynəlxalq turnirinə yekun vurulub.

Publika.az xəbər verir ki, sayca 3-cü dəfə təşkil olunan G1 kateqoriyalı yarışda yığmamız 4 medal qazanıb.

Belə ki, Reza Mehmandoustun yetirmələrindən Sina Bahrami (63 kq, qızıl medal) və Məmmədalı Quliyevin (58 kq, bürünc) ardınca daha 2 taekvondoçumuz fəxri kürsüyə qalxıb.

Bu dəfə komandamıza uğuru gənclər millimizin üzvləri - Əliəsgər Əliyev (68 kq) və Orxan Tağızadə (+78 kq) qazandırıblar. Onların hər ikisi yarımfinalda məğlub olmaqla, bürünc medala yiyələniblər.

Bu yarışın ardınca - sabah klublararası Avropa çempionatına start veriləcək. 3 gün davam edəcək qitə birinciliyində “Gilan” klubu, Sumqayıt OİK və Təhsil RİM-i təmsil edən idmançılar güclərini yoxlayacaqlar.


Müəllif:

Oxşar xəbərlər