20 Fevral 2016 20:27
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Milli məhkəməsi ölkə himninin fitə tutulmasını cinayət hesab etməyib.

Teleqraf.com goal.az-a istinadən xəbər verir ki, bu qərar 2015-ci il mayın 30-da baş tutmuş "Atletik" - "Barselona" matçında qeydə alınan hadisə ətrafında araşdırmalardan sonra qəbul olunub.

"Kamp Nou"da keçirilən ölkə kubokunun finalında kral VI Felipe də iştirak etmişdi. Lakin buna məhəl qoymayan bəzi katalon və bask fanatlar dövlət himninə fitlə mane olmağa çalışmışdı. Bu görüşdən sonra zorakılıq, rasizm,ksenofobiya və dözümsüzlük üzrə Komissiya bu məsələ ilə əlaqədar sənədləri Baş Prokurorluğa təqdim etmişdi. Prokurorluq bununla kralın, İspaniyanın emblem və simvollarının təhqir olunduğunu qəbul etmişdi. Bundan sonra iş baxılması üçün ölkənin Milli məhkəməsinə göndərilmişdi. Baskoniya və Kataloniyanın icra orqanları baş verənlərə görə bir neçə dəfə klubların cəzalandırılmasını düzgün hesab etməmişdi. Milli məkmənin hakimi Fernando Andreu da "Barsa" və "Atletik"in gözlədiyi cavabı elan edib.


Müəllif:

Oxşar xəbərlər