12 İyun 2014 10:17
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belu-Arizonti şəhərində məskunlaşmış Argentina millisinin düşərgəsində qeyri-adi olay yaşanıb.

Teleqraf.com xəbər verir ki, hadisə komandanın açıq məşqində baş verib. Məşqə tamaşa edən azarkeşlər kütləvi surətdə stadiona daxil olublar. Çılğın azarkeşlər futbolçuları əhatəyə alaraq onlara öz dəstəklərini bildiriblər. Azarkeşlərdən biri isə Messiyə yaxınlaşaraq onun butslarını təmizləməyə başlayıb.

Hadisədən heyrətlənən ulduz futbolçu olaya gülümsəməklə reaksiya verib. Bundan sonra Messi azarkeşi qucaqlayaraq ona minnətdarlığını bildirb. Ulduz futbolçu formasını da butsularını təmizləyən fanata hədiyyə edib.


Müəllif: