20 İyun 2014 13:50
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya millisinin müdafiəçisi Martins İndinin Avstraliya ilə matçda ciddi zədə alması barədə məlumat vermişdik. O, toqquşmadan sonra ayağa qalxa bilməmişdi.

Teleqraf.com xəbər verir ki, artıq Martins İndinin durumuna aydınlıq gəlib. Bu barədə Hollandiya millisinin baş məşqçisi Lui Van Qal açıqlama verib:

“İndinin beyni silkələnib. Onun bərpası üçün minimum 1 həftə vaxt lazımdır”.

Hazırda 22 yaşlı oyunçu həkim nəzarətindədir.

Aygün İlqarqızı


Müəllif: