Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,29 dollar bahalaşaraq 47,65 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,25 dollar artaraq 49,03 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 48,02 dollar təşkil edib.