4 Avqust 2016 12:08
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məlum qlobal kataklizmlər fonunda yaranan yeni iqtisadi şərait ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının ixracının daha geniş və səmərəli şəkildə təşviq edilməsi zərurətini gündəmə gətirib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, sahibkarların öz məhsullarını sərbəst şəkildə xarici bazarlara çıxarması üçün zəruri şərait yaradılır. Onun sözlərinə görə, hazırda ölkəmizdə ixracın təşviqinin hüquqi bazası möhkəmləndirilir.

“Bildiyiniz kimi Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Bu fərman sahibkarlar üçün geniş imkanlar açır. Eyni zamanda, yerli məhsullarımızın xarici bazarlara çıxması ölkəyə valyuta axınını stimullaşdıracaq”, – deyə T.Mirkişili vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər