Lisenziyası ləğv edilən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 19,5 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 28,8 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 5,8 milyon manat, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,3 milyon manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan Teleqraf.com-a verilən məlumata görə, ümumilikdə 4 bank üzrə 56,4 milyon manatdan artıq kompensasiya ödənilib.
Martın 1-dən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib və martın 2-dən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 12 faiz, xarici valyuta üzrə 3 faiz həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
Martın 2-dən əvvəl illik 12 faizə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.