Rusiyanın 2016-cı il büdcəsinin kəsiri 3 faizdən artıq ola bilər.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, bu bədbin proqnozu baş nazir Dmitri Medvedev səsləndirib.
Dmitri Medvedev deyib ki, bu, planlaşdırılandan yüksəkdir: "Bütün qüvvəmizlə çalışacağıq ki, kəsir nəzərdə tutulan həddi keçməsin".
Rusiya baş naziri neftin qiymətinin 50 dollardan aşağı düşəcəyi halda cəhdlərin səmərəsiz olacağını deyib.
Mahir