10 Sentyabr 2016 14:52
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağlanan bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi davam etdirilir.

Əmanətlərin Sığortalanması Fondundan Teleqraf.com-a verilən məlumata görə, ADİF tərəfindən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 30 mln. 198 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 906 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 16 mln. 800 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 763 min manatdan artıq kompensasiya ödənilib.

4 bank üzrə ümumilikdə 93 mln. 667 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan bildirilib ki, bağlanan digər banklara da kompensasiya ödənişi edilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 mln. 146 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 527 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 13 mln. 673 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 723 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 mln. 739 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 252 mln. 79 min manatdan artıq kompensasiya ödənilib.

İlhamə ƏBÜLFƏT


Müəllif: