Səudiyyə Ərəbistanı OPEK-ə üzv dövlətlərin gələn həftə keçirilən toplantısı ərəfəsində İrana çağırış edib.
Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı bildirib ki, İranın neft hasilatını hazırkı həddə məhdudlaşdıracağı halda o özü hasilatı ilin əvvəlii səviyyəsində saxlamağa hazırdır.
İranın gündəlik neft hasilatı 3,6 milyon bareldir.
Səudiyyə Ərəbisatnın neft hasilatını dondurmağa hazır olduğu, İranın mövqeyinin isə hələ açıqlanmadığı xəbər verilir.
Dünyada neftin qiymətini sabit saxlamaq məqsədi ilə hasilatı dondurmaq təklifi OPEK-ə üzv dövlətlər arasında bu ilin aprelində müzakirə olunub. İranla Səudiyyə Ərəbistanı arasında rəqabət qurumun ümumi razılığa gəlməsini əngəlləyib.
MAHİR