26 Sentyabr 2016 12:36
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı hasilatı yanvar ayı səviyyəsinə salmağı təklif edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Əlcəzairin Energetika naziri Nurəddin Butarfa deyib.

Sentyabrın 28-də OPEK və digər neft istehsalçılarının Əlcəzairdə toplntısı keçiriləcək.

2014-ci ildə OPEK öz üzvlərinə istehsalı artırmaq imkanı verib və nəticədə neftin qiymətləri kəskin aşağı düşməyə başlayıb. 2016-cı ilin fevralında qurum qiymətləri tənzimləmək üçün neft hasilatını yanvar ayı səviyyəsində saxlamağı təklif edib, amma İranla Səudiyyə Ərəbistanı arasında rəqabət müzakirələrin nəticəsiz bitməsinə səbəb olub.

OPEK noyabr ayında Vyanada toplaşacaq.

MAHİR


Müəllif:

Oxşar xəbərlər