26 Sentyabr 2016 18:02
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün başlıca məsələ məzənnə yox, məzənnə-inflyasiya cütlüyüdür".


Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib:

“Dünyada da gördük ki, avro-dollar məzənnəsində 30 faizlik fərq yarandı, sonra kurs sabitləşdi. Bu və ya digər dövlətdə qiymətlər sabit qalırsa, heç kim həyəcan təbili çalmır. Bizim başlıca məqsədimiz ikirəqəmli inflyasiyanı aşağı səviyyəyə salmaqır.

Yəni məqsədimiz həm əhali, həm biznes, həm də dövlət üçün inflyasiyanı məqbul səviyyəyə salmaqdır. Bütün Mərkəzi Bankların qayğısı birrəqəmli aşağı inflyasiyaya nail olmaqdır. Yuxarı inflyasiya və devalvasiya iqtisadiyyat, iqtisadiyyatın bütün subyektləri üçün zərərlidir”.

Ölkədə inflyasiyanın 11 faizlik səviyyəsində olduğunu deyən Elman Rüstəmov bildirib ki, hazırda inflyasiya ilə bağlı proqnoz vermək çox çətindir: “Biz 9 ayın nəticələrini gözləyirik. İnflyasiya proqnozu kurs-məzənnə dayanıqlığından asılı olacaq. Bu isə bütövlükdə makroiqtisadiyyatın bütün istiqamətlərinin müvəffəqiyyətindən asılıdır.

Amma biz nikbinik. Situasiyanın gərginliyinə baxmayaraq gördüyünüz kimi situasiyanı idarə edirik. Bazarda müəyyən gərginlik var idi. Valyuta qıtlığı və digər gərginlikləri biz aradan götürdük. Bununla əlaqədar proseslərə öz siyasətimizlə valyuta qıtlığını aradan götürmüşük. Amma qarşımızda daha fundamental sabitliyə nail olmaq məqsədi var” ("APA").


Müəllif: