30 Sentyabr 2016 13:25
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın 2017-ci il büdcə layihəsi 2011-ci il səviyyəsində hazırlanıb”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2017-ci il büdcə layihəsinin Azərbaycanın böyük iqtisadi potensialı fonunda 2011-ci il səviyyəsində hazırlanması heç də xoşa gələn hadisə deyil: “Amma belə kiçik həcmli büdcədən səmərəli istifadə edilərsə, qarşıya qoyulan hədəflərə nail olmaq olar. Büdcə vəsaitinin səmərəli və təyinatı üzrə xərclənməsi üçünsə “Maliyyə nəzarəti haqqında” qanun layihəsinin qəbul edilməsinə ehtiyac var və bu artıq günün reallığıdır”.

Millət vəkili onu da əlavə edib ki, “Rəqabət haqqında” qanun qəbul edilərsə və ölkədə sahibkarlığa fürsət verilərsə, o zaman büdcədə hər il 7-8 faiz artım ola bilər. “Bu da yaxın gələcəkdə büdcənin tamamilə neft faktorundan asılılığından azad olunmasına gətirib çıxarar”, - millət vəkili vurğulayıb.

Ə.Məsimli çıxışında problemli kreditlər, xüsusən də dollarla olan kreditlər məsələsinə toxunaraq bildirib ki. hökumət bu problemi nə qədər tez həll edərsə, bu həm hökumət, həm bankalar, həm də əhali üçün yaxşı olardı: “Bu problemin həll olunmaması son nəticədə ciddi problemlərə gətirib çıxaracaq”.

Nemət


Müəllif: