28 Oktyabr 2016 11:07
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən gün Binəqədi rayonu ərazisində təbii qazın ötürülməsində problem yarandığı üçün əhaliyə qazın verilməsi dayandırılıb”.

Bunu Teleqraf.com-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, qaz kəsintisinin səbəbi xətlərdə baş verən qəza olub: “Problem gecə saatlarında aradan qaldırılsa da, təhlükəsizlik baxımından qazın verilişi səhərə saxlandı. Bu gün səhər saatlarından isə artıq əhaliyə qaz verilib. Hazırda Binəqədi rayonu ərazisində qaz problemi yoxdur ”.

İbrahim Kərbəlayev əhaliyə verilən təbii qazın qiymətinin qaldırılacağı barədə gəzən qeyri-rəsmi söhbətlərə də aydınlıq gətirib: “Qiymət məsələlərinə Tarif Şurası nəzarət edir. Biz “Azəriqaz” İstehsalat Birliyi olaraq respublika ərazisində təbii qazın paylanması ilə məşğul oluruq. Bununla belə, bu söz-söhbətləri əsassız sayıram. Bizdə olan məlumata görə, əhaliyə verilən qazın qiymətində heç bir artım olmayacaq”.

İlhamə ƏBÜLFƏT


Müəllif: