Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,71 dollar və yaxud 1,45% azalıb.
Teleqraf.com-un məlumatına görə, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,14 dollara bərabər olub.
"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.