2 Noyabr 2016 14:26
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan iqtisadiyatında güclü dollarlaşma səviyyəsi hiss olunur və bu tendensiya təəssüf ki, davam etməkdədir. Bu problem yalnız Azərbaycanda yox, post-sovet dövlətlərinin əksəriyyətində mövcuddur".

Bu sözləri “Bank VTB Azərbaycan”ın Müşahidə Şurasının sədri Mixail Osiyevski Fins.az-a müsahibəsində deyib.

Mixail Osiyevski bildirib ki, təmsil etdiyi bank böyük məmuniyyətlə manatla kredit verməyə hazırdır: "Ancaq hazırda bank sistemini lazım olan manat kütləsi ilə tam təchiz etmək də mümkün deyil. Biz hazırda Azərbaycan Mərkəzi Bankının pul-kredit siyasətinin hansı istiqamətdə olacağı barədə açıqlamasını və hökümətin mövqeyini gözləyirik. Dollardan əsas ödəniş vasitəsi kimi uzaqlaşmaq bizim üçün çox-çox vacibdir".

Mixail Osiyevski deyib ki, Azərbaycanda öz məhsullarını dollarla satan şirkətlərə kredit verməyəcəyik: "Biz eyni səhvi yenidən təkrar etmək fikrində deyilik. Problemli hallarda dolları manatla əvəzləyərək restrukturizasiya aparırıq. Ancaq bu, kifayət etmir. Buna görə də öz məhsulunu Rusiya bazarına çıxaran şirkətlərə rublla kredit təklif edirik.

Nəzərə alsaq ki, rubl üzrə faiz dərəcəsi manatla olan manat dərəcəsindən aşağıdır, bu, iqtisadi cəhətdən daha sərfəlidir".


Müəllif: